Birinci mərhələdən sonra I ixtisas qrupu üzrə 1304, II ixtisas qrupu üzrə 246, III ixtisas qrupu üzrə 400, IV ixtisas qrupu üzrə 463, V ixtisas qrupu üzrə isə 348 plan yeri boş qalıb.
BUTA.TV xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə universitetlərə qəbulun nəticələri ilə bağlı keçirdiyi brifinqdə deyib.
DİM sədri bildirib ki, ayrıca ali təhsil müəssisələrinə gəldikdə I mərhələdən sonra tələbə qəbulu aparılan 44 ali təhsil müəssisəsinin 25-də plan yerləri 95%-dən çox, o cümlədən 8 ali təhsil müəssisəsində (Azərbaycan Tibb Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyası, Bakı Ali Neft Məktəbi, Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan İlahiyyat İnstitutu, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası) 100 % dolub.
- Trampdan Azərbaycan açıqlaması: Bunu həll etdim!
- Fransanın Bakıya göndərdiyi səfir barədə - Yeni detallar
- Nazirlik araşdırmaya başladı: şok faktlar - VİDEO
- Müharibədən sonra ölkəmizə gələn ukraynalıların sayı...
- Müğənni Rəqsanənin həbsinə dair iddialar: Aysun son nöqtəni qoydu
- “Rusiya Azərbaycana qarşı ikinci cəbhə açmağa cəsarət etməz” - Tofiq Zülfüqarov
- 15 yaşlı oğlanın qətli: 10 manata görə...
- Sabah 18 kənddə qaz olmayacaq