Ədliyyə Nazirliyində Məhkəmə Ekspertizası Şurasının avqustun 26-da ilk iclası keçirilib.
BUTA.TV xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Ədliyyə naziri Fərid Əhmədovun sədrliyi ilə keçirilən iclasda Şuranın üzvləri daxili işlər nazirinin birinci müavini Seyfulla Əzimov, müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov, səhiyyə nazirinin müavini Nadir Zeynalov, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini Şərafət Həsənov, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov, Baş prokurorun müavini Elmar Camalov, Vəkillər Kollegiyası Rəyasət Heyəti sədrinin müavini Şahmar Məmmədov iştirak ediblər.
Fərid Əhmədov iclası giriş sözü ilə açaraq, Prezidenti İlham Əliyevin 7 avqust 2024-cü il tarixli Sərəncamı ilə yaradılmış Məhkəmə Ekspertizası Şurasının ölkədə məhkəmə ekspertizası sahəsində fəaliyyətin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğun təmin edilməsi, sahə üzrə vahid standartların hazırlanması və tətbiqi, rəqəmsallaşmanın və şəffaflığın təmin edilməsi, eləcə də kadr potensialının gücləndirilməsi istiqamətində əhəmiyyətini vurğulayıb.
Sonra iclasın gündəliyində duran məsələlər üzrə müzakirələrə başlanılıb. Əvvəlcə “Məhkəmə Ekspertizası Şurasının fəaliyyətinə dair iş qaydası”nın layihəsi müzakirə edilib. Həmçinin Məhkəmə Ekspertizası Şurasının fəaliyyətinin koordinasiyasının təmin edilməsi üçün Şuranın katibi təyin olunub.
Daha sonra sərəncamda nəzərdə tutulan tapşırıqların çevik qaydada həll edilməsi məqsədilə müvafiq İşçi qruplarının yaradılması məsələsi müzakirə edilib.
İclasın sonunda gündəlikdə olan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.
- KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi...
- Moskvanın Ərdoğana sualları olacaq: əslində nə baş verir?
- Suriyada hücumun arxasında Türkiyə dayanır? - Atabəy
- Bakını hədəfə alan qız Türkiyədə elə sözlər dedi ki... - Foto
- Dudanın Azərbaycan sərhədinə gəlişi... - Markov
- Hədəfimiz Azərbaycandır: iki qardaş xalq... - İranlı nazir
- Ermənistan himnimizə də göz dikdi: "Üç rəngli..."
- Qərbin hücumu və Bakıda qırılan “100 milyard” tilsimi