Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi sahəsində təxirəsalınmaz tədbirlər davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən BUTA.TV-a bildirilib ki, avqustun 25-də saat 21:00-da Xidmətin Sahil Mühafizəsi Xəzər dənizinin su səthinin müşahidəsi zamanı bir şübhəli şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədini pozaraq Astara rayonunun sahil xəttinə doğru üzməsini müşahidə edib.
Aşkarlanmış şəxsin saxlanılması istiqamətində tədbirlər görülərək, sahil nəzarəti bölmələri aidiyyəti üzrə məlumatlandırılıb və sahil xətti boyu ərazinin qapadılması təmin olunub.
Sahil Mühafizəsinin bölmələrinin fəaliyyəti nəticəsində dövlət sərhədini pozaraq Azərbaycan ərazisinə keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşı 1998-ci il 24 aprel təvəllüdlü Mahmud Kil Bilal oğlu saxlanılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
- Fransa yarımfinalın ilk komandası oldu - Yenilənib - Video
- Azərbaycanın səsi bu dəfə də eşidildi - İsrail qərarını dəyişdi
- Nazirlik hərbçilərin yaxınlarına müraciət etdi - Video
- Ermənistan üzərindən uçuşlara Azərbaycan nə qədər ödəyib?
- Sabiq nazirin evi 5-ci dəfə hərracda - Yenə ucuzlaşdı
- Bakıda möhtəşəm gecə - “Qarabağ” sevindirir+Fotolar
- Xəbərdarlıq: "28 May" stansiyasının I çıxışında...
- Hərbçilərə bu məlumatları vermək qadağandır! - Video