Azərbaycanda devalvasiya qaçılmazdır, sadəcə, zaman məsələsidir.
Gələn il hökumət bu addıma getməyə məcbur qalacaq. 2005-2015-ci illər arası biz bunu gördük – 10 illik sabit məzənnə rejimi, sonra 3 pilləli devalvasiya. Yaxın vaxtlarda isə devalvasiyanın olması real deyil. Ona görə ki, Azərbaycanda manatın məzənnəsi inzibati qaydada tənzimlənir. Dünya bazarlarında, birjalarda gedən proseslərlə manatın heç bir əlaqəsi yoxdur. Hökumətin və Mərkəzi Bankın inzibati tənzimləmə mexanizmi mövcuddur. Ona görə də milli məzənnə hansısa xarici şoklardan, faktorlardan asılı deyil”. Bu fikirləri Bakupost.az -a yaxın vaxtda devalvasiyanın olacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O qeyd edib ki, gələn ilin sonuna yaxın 15-20 faizlik devalivasiya mümkündür.
Ekspert əlavə edib ki, ölkədə dollar-manat məzənnəsinin dünya bazarı ilə birbaşa əlaqəsi yoxdur:
"Ona görə də birdən-birə dolların 3 manat olması ehtimalı çox aşağıdır. Çünki bu Azərbaycan iqtisadiyyatına böyük zərbə vura bilər. Amma bu o demək deyil ki, manatın səviyyəsi daim indiki kimi qalacaq. Bu il olmasa da gələn ilin sonuna yaxın dollar 2 manat civarında, 2 manatdan bir az yuxarı ola bilər. 2024-cü il ərzində isə belə addımın atılacağına inanmıram".
İqtisadçı ekspert Pərviz Heydərov isə bildirib ki, beynəlxalq bazarlarda neftin qiyməti büdcədə müəyyən edilmiş köçürmə normasından yüksək olacaq, tədiyyə balansı müsbət saldosunu qoruyacaq, neftin maya dəyəri isə büdcədə müəyyən edilmiş köçürmə normasını keçəcək və buna görə də devalvasiya üçün heç bir obyektiv səbəb yoxdur:
“Hökumət manatı dollara nisbətdə ucuzlaşdırmağa meylli deyil. Azərbaycan valyutasının məzənnəsi inzibati qaydada tənzimlənir, çünki valyuta gəlirləri neft və qaz ixracı seqmentində cəmləşir”.
- Milyarderlər siyahısına Ələkbərov başçılıq edir
- Uşaqlıqda çoban olmuşam, məktəbə gedə bilmədim...
- Fransada siyasi rəqiblərə qarşı repressiya başladı
- Pezeşkianın Azərbaycana səfərinin vaxtı məlum oldu
- Çoban İsfəndiyar, əlaltı alimlər və anormal reaksiya
- Paşinyan ordunu silahlandırır, atəşkəsi pozur – Nə istəyir?
- İrəvandan azərbaycanlılara təbrik mesajı göndərən türkiyəli bloqerə cinayət işi açıldı
- Türkiyədə səs yazısı: Azərbaycanlıları kənddən çıxarmaq üçün…