63 min seçicini ekzit-pola cəlb etdik - Qalan

20:20 - 1 Sentyabr 2024 - GÜNDƏM

 63 min seçicini ekzit-pola cəlb etdik - Qalan

Builki parlament seçkiləri çərçivəsində "exit-poll" nəticələrimiz üçün 63 min seçicini əhatə etdik.

BUTA.TV xəbər verir ki, bunu Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində "exit-poll” keçirən ABŞ-nin “Oracle Advisory Group” təşkilatının təmsilçisi Vlada Qalan deyib.

"Yenidən Azərbaycanda olmaqdan məmnunuq. Bizim komandamız Azərbaycanda 2013-cü ildən bəri fəaliyyət göstərir. Ölkə üzrə hazırlıq işlərini komandamız üç-dörd həftə ərzində aparıb. Builki parlament seçkiləri çərçivəsində biz 63 min seçicini əhatə etdik. Ölkə üzrə 875 seçki məntəqəsində 1750 təmsilçimiz çalışıb. Sahədə 80 nəzarətçimiz fəaliyyət göstərib", - o qeyd edib.

Vlada Qalan qeyd edib ki, bu cür seçkilərdə "exit-poll" nəticələri ilə bağlı səhv payı 0,45 faizdir: "Yəni nəticələr real nəticələrə yaxındır".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol