Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyevlə sərhəddə görüşüb danışıqlar aparmaq istədiyini bildirib.
Baş nazir Rusiya Prezidenti Vladimir Putinlə son telefon danışığında da Bakı ilə birbaşa danışıqlara üstünlük verdiyini vurğulayıb. Azərbaycan tərəfi isə hələlik onun təklifinə rəsmi cavab verməyib.
BUTA.TV xəbər verir ki, politoloq Fərid Şəfiyev Globalinfo.az-a açıqlamasında Bakının onsuz da ikili görüşün keçirilməsinə dair İrəvana təklifi olduğunu bildirib.
“Bu təklif hələ də qüvvədədir və hesab edirəm ki, proses gedir. Məsələn, artıq vasitəçilər olmadan sərhəd komissiyaları arasında sənəd imzalanıb. Mümkündür ki, proses sonrakı müddətdə də bu formada davam edəcək.
Təbii ki, indiki məqamda Ermənistanın təklifinə Azərbaycanın cavabını gözləmək lazımdır. Rəsmi açıqlama olmadan nə isə demək çətindir. Amma nəzərə alaq ki, bu təklifi Nikol Paşinyana öncə məhz Azərbaycan tərəfi irəli sürüb. İkili danışıqlar rəsmi Bakı üçün daha prioritetdir. Heç bir vasitəçiyə ehtiyac yoxdur”, - politoloq deyib.
Qeyd edək ki, Ermənistanın sərhəddə görüş təklifinə rəsmi cavabın nə olacağı ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə ünvanladığımız sorğuya şərh verilməyib.
- Almaniyada şəhid övladlarının Yay Düşərgəsi...
- Yük maşını yanacaqdoldurma məntəqəsinə çırpıldı - Video
- Zaqatalada 10 gün su olmayacaq: Kəndlər təxliyə edildi - Video
- Ərdoğanın hədiyyə etdiyi bahalı tapançaları - Özləri ilə apara bilmədilər
- Fəhlələri daşıyan mikroavtobus qəzaya uğradı - Video
- AZAL və “Uzum Bank”dan birgə yenilik
- “Qarabağ” Avropa Liqasında ilk oyuna çıxır
- Bu şəxslər işləmədikləri halda maaş alacaqlar