Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyası Ali Məclisə keçirilən seçkilərin ilkin nəticələrini açıqlayıb. Ali Məclis seçkilərində öndə olan ən yaşlı şəxs Ramiz Məmmədov, ən gənc namizəd Əziz Qasımovdur. R.Məmmədovun 70, Ə.Qasımovun isə 28 yaşı var.
BUTA.TV Unikal-a istinadla xəbər verir ki, 1954-cü il təvəllüdlü R.Məmmədov Naxçıvan Ali Məclis sədrinin köməkçisidir. 3-cü dərəcə dövlət müşaviri olan Məmmmədov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı, Naxçıvan Muxtar Respublikasının “Əməkdar dövlət qulluqçusu” fəxri adlarına layiq görülüb.
1996-cı il təvəllüdlü Ə.Qasımov isə vəkil kimi fəaliyyət göstərir. O, 2013-cü ildə Şərur Türk Liseyini, 2017-ci ildə Naxçıvan Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisasını, 2019-cu ildə daxil olmaqla Naxçıvan Dövlət Universitetinin “Dövlət hüququ” ixtisası üzrə magistratura pilləsini bitirib.
Naxçıvan Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri olub. Həmçinin, 2022-ci il Gənclər üçün Prezident mükafatçısıdır.
Sabiqlərlə bağlı SENSASİYA: Azərbaycanı təhlükə gözləyir - Siyahıdakı adlar...
Qeyd edək ki, R.Məmmədov 36 saylı Badamlı qəsəbə seçki dairəsindən 68.53 faiz səslə, Ə.Qasımov isə 32 saylı Naxçıvan şəhər seçki dairəsindən 57.89 faiz səslə birincidir.
- Dəhlizdə Azərbaycan vətəndaşı yoxlanacaq? - Paşinyan
- Polşaya hücum: Putin qurbağanı qaynatmağa başladı
- 16 yaşlı qız cinsi zorladılar, 4 nəfər həbs olundu
- Sabiqlərlə bağlı SENSASİYA: Azərbaycanı təhlükə gözləyir - Siyahıdakı adlar...
- Onlar son zamanlar 100 milyonluq əmlak satıblar... – İDDİA
- Rus dronları Polşaya qəsdən girib – Putinin məqsədi nədir?
- Manaf Ağayevin oğluna vəzifə verildi
- Onlar da polisin vəzifələrini icra edəcək