Rusiya mətbuatı yenə də Putinin Azərbaycan səfəri və Pavel Durovla görüşüb-görüşmədiyi haqda məlumatlar yayıb.
BUTA.TV "Lenta.ru"ya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bu gün keçirilən Şərq İqtisadi Forumunda (EEF) çıxışı zamanı "Telegram"ın yaradıcısı Pavel Durovla Azərbaycanda görüşü barədə məlumatı yenə təkzib edib. Onun sözlərinə görə, sahibkarın onunla eyni tarixlərdə Bakıda olacağından xəbəri belə olmayıb.
Dövlət başçısı rus media meneceri ilə həyatında yalnız bircə dəfə görüşdüyünü deyib. Görüş uzun illər əvvəl Kremldə olub və dövlət başçısının ətrafında az adam bundan xəbərdar imiş.
"Mən cənab Durovla uzun illər əvvəl Moskvada bir dəfə görüşmüşəm. O, sadəcə planlardan danışırdı. Mən mütəmadi olaraq iş adamları ilə görüşürəm və bu görüş də illər əvvəl Kremldə baş tutub", - deyə Vladimir Putin deyib.
Putin o vaxtdan sonra "Telegram"ın qurucusu ilə bir daha əlaqə saxlamadığını vurğulayıb.
- Mehdiyev işində sürpriz adlar - Hədəfdə onlardır
- Bu rayonların icra başçısı yoxdur
- Trampın Asiya turu: ABŞ bu ölkəni itirir
- İsrail bombalayırsa, Azərbaycan niyə ordu göndərməlidir?
- Qabil, Tural, Məhəmməd Bakıya gətirilir
- Eldar Əzizov Mehdiyevin xəyanətinə eyham vurdu
- Yeni dövlət yaranır: türk, yoxsa yəhudi kimliyi olacaq?
- DTX icra başçısını Mehdiyev işinə görə saxlayıb? - Şok