Məhkəmə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli barəsində xüsusi ittiham qaydasında edilən şikayəti icraata götürüb.
BUTA.TV xəbər verir ki, qərar Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə qəbul olunub.
Məhkəmənin növbəti prosesi sentyabrın 19-da davam edəcək.
Qeyd edək ki, Ə.Kərimli barəsində AXCP-nin sabiq partiya üzvü Əliyev Aydın Sədədqulu oğlu məhkəməyə müraciət edib. Aydın Əliyev müraciətində Ə.Kərimlinin şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər bölümü ilə əlaqədar xüsusi ittiham qaydasında cəzalanmasını istəyib.
A.Əliyev uzun müddət AXCP-də fəaliyyət göstərib. O, 10 iyun 2019-cu il tarixində partiya sıralarından kənarlaşdırılıb.
- Sərraf Orucova hökm oxundu
- Bakı metrosu "Qarabağ"a görə iş rejimini dəyişir
- Milyonlar qazanan iki biznesmenin sonu - Biri özünü öldürüb, digəri...
- Azadlığını nazirliyin qoyunlarına görə qurban verdi
- Bakıda dəhşət: Əvvəl arvadını, sonra özünü öldürdü
- Balakəndə 43 yaşlı kişini sel apardı
- Azərbaycanda vəzifəli şəxs saxlanıldı: Mehdiyevlə əlaqə...
- 2 vəkilə töhmət verildi, 1 vəkil cərimələndi