DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları "Formula 1" üzrə Azərbaycan Qran-Prisi yarışlarına saxta biletlər hazırlayaraq satışını təşkil edən əvvəllər məhkum olunmuş Elmar İsrafilovu saxlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Müəyyən edilib ki, bu şəxs “Instagram” sosial şəbəkəsində yaratdığı profillərdə onlayn qaydada məlumatları dəyişdirilmiş saxta biletlər yerləşdirərək satışı ilə məşğul olub.
E.İsrafilov bu yolla 30 nəfərdən artıq şəxsə saxta bilet sataraq maddi gəlir əldə edib. Aparılan əməliyyat-texniki tədbirlər zamanı saxlanılan şəxsin törətdiyi hüquqazidd əməllər tam sübuta yetirilib.
Faktla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir.
DİN "Formula 1" üzrə Azərbaycan Qran-Prisi”ni canlı izləmək istəyən şəxslərə biletləri yalnız yarışın rəsmi internet ünvanı, digər partnyor sayt və satış məntəqələrindən əldə etmələrini tövsiyə edib.
- Bakı metrosu "Qarabağ"a görə iş rejimini dəyişir
- Milyonlar qazanan iki biznesmenin sonu - Biri özünü öldürüb, digəri...
- Azadlığını nazirliyin qoyunlarına görə qurban verdi
- Bakıda dəhşət: Əvvəl arvadını, sonra özünü öldürdü
- Balakəndə 43 yaşlı kişini sel apardı
- Azərbaycanda vəzifəli şəxs saxlanıldı: Mehdiyevlə əlaqə...
- 2 vəkilə töhmət verildi, 1 vəkil cərimələndi
- Pirşağıda kanalizasiya kollektorlarının tikintisi davam edir