Türkiyədə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ikinci yoldaşlıq görüşünü keçirib.
BUTA.TV xəbər verir ki, U-17 hazırlıq çərçivəsində Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Kocaeli şəhərindəki “Darıca” stadionunda baş tutan matç 0:0 hesablı bərabərliklə yekunlaşıb.
Millimiz oyunu bu heyətlə keçirib: Rauf Əyyubov, İbrahim Xəlilov, Zeyd Nəsirulla (Elnur Abdullayev, 74), Fərid Cabbarlı, Həzrət Səmədov, Murad Qurbanov, Vüsal Kərimov, Əli Qazibəyov, İbrahim Babayev, Əli İbrahim (Rəvan Teymurov, 74), İslam Həsənov (Əbdüləziz Cabbarlı, 74).
Qeyd edək ki, bu komandalar arasında sentyabrın 9-da oynanılmış ilk matçda Türkiyə yığması 4:0 hesablı qələbə qazanıb.
- 2 vəkilə töhmət verildi, 1 vəkil cərimələndi
- Pirşağıda kanalizasiya kollektorlarının tikintisi davam edir
- Prezident bu vəzifəni energetika nazirinə həvalə etdi
- İlham Əliyev daha bir sərəncam imzaladı
- Şuşada bunu etmək qadağan edildi - Fərman
- Prezidentdən İçərişəhərlə bağlı mühüm fərman
- Ağdamda açıq ərazidə yanğın başladı - Foto
- Onlara diplomatik rütbə verildi