Bu gündən – 13 sentyabr tarixindən “Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024” start götürür.
BUTA.TV xəbər verir ki, Bakı şəhər trekində keçirilən və əsas yarışları 15 sentyabrda baş tutacaq Qran Pri ilə əlaqədar sentyabrın 9-dan paytaxtın bir sıra əsas yollarında hərəkət tamamilə məhdudlaşdırılıb.
Nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq edilir.
Birinci zona yarış halqasının əhatə etdiyi İçərişəhər ərazisi, ikinci Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsinini keçdiyi ərazidir.
Yarışın keçirildiyi müddətdə qeyd olunan ərazilərə nəqliyyatın giriş-çıxışı üçün “Yaşayış Yerinə Giriş İcazəsi” verilir.
Qoyulan məhdudiyyətlər sentyabrın 17-ə kimi davam edəcək.
Xatırladaq ki, “Formula 1” Azərbaycan Qran Prisi 2017-ci ildən Bakıda şəhər trekində keçirilir. Bu günə qədər Bakı trekində 7 dəfə “Formula 1” Azərbaycan Qran Prisi baş tutub.
- Onlara diplomatik rütbə verildi
- “Park Yasamal”da hazır və tikintisi davam edən binalarda mənzillər...
- Xaçmazda əməliyyat: saxlanılanlar var
- Akademik Əjdər Məcidov vəfat etdi - Foto
- HHQ və XTQ komandanları təltif olundu
- Küləkli hava nə vaxta qədər davam edəcək?
- Duranın 12 milyonluq transferi təsdiqləndi - “Seltik”dən açıqlama
- Quru Qoşunlarında əməliyyat təlimi keçirilir - Video