Göyçə gölündə balıqçılar patrul xidmətinin əməkdaşlarına hücum edib.
BUTA.TV xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, Ermənistan Daxili İşlər Nazirliyinin Patrul Xidmətinin əməkdaşı göldə balıqçı qayığını idarə edən Göyçə vilayətinin 60 yaşlı sakini Vardan Navasardyandan sənədlərini tələb edib. Balıqçı isə “Göyçə Milli Parkı” təşkilatına ərizə ilə müraciət etdiyini, lakin hələ də lisenziya ala bilmədiyini deyib. Üstəlik, bildirib ki, təşkilatın əməkdaşları gəlməyənə qədər qayığını tərpətməyəcək.
Bir müddət sonra əraziyə Çovaqux kəndinin bir qrup sakini gəlib və balıqçı qayığını sahilə qaytarmaq istəyən patrullarla mübahisə ediblər. Hətta onlardan biri patrul xidmətinin əməkdaşlarına metal boru ilə zərbə endirmək istəyib. Nəticədə patrullar pnevmatik silahdan istifadə ediblər.
Faktla bağlı araşdırma aparılır.
- “Park Yasamal”da hazır və tikintisi davam edən binalarda mənzillər...
- Xaçmazda əməliyyat: saxlanılanlar var
- Akademik Əjdər Məcidov vəfat etdi - Foto
- HHQ və XTQ komandanları təltif olundu
- Küləkli hava nə vaxta qədər davam edəcək?
- Duranın 12 milyonluq transferi təsdiqləndi - “Seltik”dən açıqlama
- Quru Qoşunlarında əməliyyat təlimi keçirilir - Video
- Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin qarşısı alındı