İsrail ordusu Hizbullaha qarşı təhlükəsizlik dəhlizi yaratmaq üçün Livanın cənubunu işğal etməlidir.
BUTA.TV xəbər verir ki, “Maariv” qəzetinə müsahibəsində İsrailin “Likud” partiyasının üzvü Ariel Kallner deyib.
Koalisiyadan olan deputat fraksiya lideri, İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi hökuməti Livan torpaqlarını sərhəddən Litani çayına qədər zəbt etməklə şimal sərhədindəki gərginliyi həll etməyə çağırıb:
"Bizim reallığımız artıq olduğu kimi qala bilməz. Yeganə qaçılmaz nəticə ondan ibarətdir ki, şimalda indiki sərhəd qeyri-sabitdir".
Onun sözlərinə görə, İsraillə Livan arasında mövcud sərhəd hökumətin İsrailin şimal sakinlərinin təhlükəsizliyini təmin etmək imkanlarını məhdudlaşdırır:
"Ya Litani çayına nəzarət etməklə təhlükəsizlik zonası yaradaq, ya da İsrailin şimalında həyat artıq davam edə bilməz".
- Dənizdə batan 28 yaşlı oğlanın meyiti tapıldı
- Suqovuşanda işçiləri daşıyan mikroavtobus aşdı
- Xocavənd və Şuşaya növbəti köç karvanı yola salındı
- Gəncləri rayona qaytarmağın yolu... - Ekspert
- Prezidentlə Baş nazirin liderlik mübahisəsi NATO Zirvəsinədək uzandı - Fotolar
- Hamıdan sonra o gəldi - Video
- DÇ-də 1/4 final cütləri bəlli oldu - Nəhənglərin qarşılaşmaları başlayır
- İsveçrə 72 il sonra 1/4 finalda - Yenilənib - Video