Şuşa şəhərində 33 ildən sonra ilk zəng çalınıb.
BUTA.TV xəbər verir ki, 33 illik fasilədən sonra Şuşaya köçürülən ailələrin övladları Şuşa şəhər 1 saylı tam orta məktəbdə yeni tədris ilinə başlayıblar.
Yenidən qurulan məktəb 960 yerlik olmaqla, beş bloklu və üç mərtəbəlidir. Müasir standartlara uyğun inşa edilən məktəb hər biri 24 şagird üçün nəzərdə tutulmaqla, 40 sinif otağından ibarətdir.
Bu gün start verilən yeni tədris ilində Şuşada 113 şagird təhsilə başlayıb. Məktəbdə tədris 18 müəllimdən ibarət pedaqoji heyət tərəfindən həyata keçiriləcək.
Qeyd edək ki, şagirdlərin yaşayış binalarından məktəbə gətirilməsi üçün xüsusi nəqliyyat vasitələri ayrılıb. Şuşaya məskunlaşmanın davam etdsirilməsi ilə məktəbdə şagird və müəllimlərin də sayı artacaq.
- Gəncləri rayona qaytarmağın yolu... - Ekspert
- Hamıdan axırda o gəldi - Video
- DÇ-də 1/4 final cütləri bəlli oldu - Nəhənglərin qarşılaşmaları başlayır
- İsveçrə 72 il sonra 1/4 finalda - Yenilənib - Video
- Bu gün Bakının dörd rayonunda qaz olmayacaq
- Makron əlini öpmək istədi - Əminə Ərdoğan geri çəkildi+Video
- Bəzi ərazilərdə işıq olmayacaq
- Ən yaxşı məktəblər açıqlandı