Təşkilat Komitəsinin üzvlərinin COP29 tədbirləri çərçivəsində ezamiyyə xərclərinin nə qədər olacağı müəyyənləşib.
BUTA.TV xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının Bakı şəhərində keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 yanvar tarixli 4264 nömrəli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsinin üzvləri, habelə həmin sessiyaların müəyyən edilmiş Prezidenti tərəfindən hazırlıq işlərinin aparılması üçün formalaşdırılmış məsul nümayəndələrdən ibarət heyətin üzvləri COP29 tədbirləri çərçivəsində 2024-2025-ci illər ərzində Nyu-York, Vaşinqton, Cenevrə, Davos, Rio-de-Janeyro, Əbu-Dabi, Sidney, Tokio, London, Madrid, Paris, Roma, Vyana, Sinqapur, Nukualofa şəhərlərinə ezam olunarkən onların ezamiyyə xərclərinin bir günlük normasına həmin şəhərlər üzrə müəyyən edilmiş ezamiyyə xərclərinin bir günlük normasının 50 faizi məbləğində əlavə ödənilir”.
Bu Qərar 2024-cü il avqustun 1-dən tətbiq olunur.
- Razılıq var, Zəngəzur bu cür açılır, ABŞ ordu göndərir
- Rusiya ilə gərginliyin idxal-ixraca və pul köçürmələrinə təsiri...
- III Beynəlxalq Şuşa Forumunun Xankəndidə keçirilməsi...
- Gərginlik kritik həddə: Moskvanın regionla bağlı planı üzə çıxdı
- Fransız casus məhkəmədə şok etiraflar etdi
- Trampın Əliyevin çıxışını paylaşması hansı anlama gəlir?
- Suriya üzrə danışıqlar yenə Bakıda keçiriləcək
- Ərdoğan Kamran Əliyevi qəbul etdi