Nazirlər Kabineti “Liman infrastrukturunun dövlət mülkiyyətində olan obyektinin müsabiqə əsasında icarəyə verilməsi Qaydası”nı təsdiq edib.
BUTA.TV xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərarlar imzalayıb.
Qərara əsasən, Qayda “Dəniz limanları haqqında” qanuna uyğun hazırlanıb və dəniz limanı infrastrukturunun dövlət mülkiyyətində olan obyektinin müsabiqə əsasında icarəyə verilməsi qaydasını müəyyən edir.
Qaydada liman infrastrukturunun dövlət mülkiyyətində olan obyekti dedikdə dövlət mülkiyyətində olan əmlaklar nəzərdə tutulur.
Obyektin müsabiqə əsasında icarəyə verilməsini icarə müqaviləsi bağlanılmaqla İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir və icarəyəverən qismində çıxış edir.
Obyektin müsabiqə əsasında icarəyə verilməsi zamanı bu Qaydanın tələblərinə cavab verən fiziki və hüquqi şəxslər icarəçi kimi çıxış edə bilərlər.
Dövlət Xidməti öz rəsmi internet informasiya ehtiyatında müsabiqə əsasında icarəyə verilən obyekt barədə elan yerləşdirir.
Müsabiqə əsasında icarəyə verilən obyektdən istifadəyə görə aylıq start icarə haqqının məbləği Qanuna və “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna uyğun olaraq müəyyən edilir.
- Belarus Azərbaycanla hərbi məhsullar istehsal edəcək
- Turçin Səbaildə Yanğından Mühafizə Hissəsində - Video
- Azərbaycan-Türkiyə əməkdaşlığı müzakirə edildi
- BMT-nin bu qurumunun Azərbaycandakı fəaliyyəti başa çatdı
- Zakir Həsənov Afyoncu ilə görüşdü - Video
- Rusiyadan Azər Badamovla bağlı açıqlama: Buna görə buraxılmadı!
- Ballıqayadakı qətliamla bağlı protokollar elan edildi
- MM spikeri Birləşmiş Ərəb Əmirliklərinə səfər etdi - Foto