Xalq artisti Ağadadaş Ağayev yeni qalmaqalla üzləşib və barəsində məhkəmə qərarı çıxarılıb.
BUTA.TV Gununsesi.info-ya istinadən xəbər verir ki, xalq artisti bu dəfə “Dəmir Bank”a olan köhnə borclarını ödəmədiyinə görə məhkəməyə verilib.
Belə ki, Əmanətlərin Sığortalanması Fondu müflis elan edilmiş DəmirBank ASC qarşısında borc öhdəliyi olan Ağadadaş Ağayevdən banka olan borcunu tələb etsə də, o bunu ödəməkdən imtina edib. Nəticədə Fond xalq artistindən Binəqədi Rayon Məhkəməsinə şikayət verib.
Məhkəmə Ağadadaş Ağayevin illər əvvəl bankdan götürdüyü, amma ödəmədiyi krediti və onun hesablanan faizlərini qaytarması barədə qərar çıxarıb.
Araşdırmamız zamanı bu vəsaitin 50 min manata yaxın olduğu bəlli olub.
Xatırladaq ki, Ağadadaş Ağayev bir müddət əvvəl məhşur “balta olayı” ilə gündəmə gəlib. Bu hadisəyə görə də cinayət işi başlanıb və istintaq aparılır.
- Gəncləri rayona qaytarmağın yolu... - Ekspert
- Hamıdan axırda o gəldi - Video
- DÇ-də 1/4 final cütləri bəlli oldu - Nəhənglərin qarşılaşmaları başlayır
- İsveçrə 72 il sonra 1/4 finalda - Yenilənib - Video
- Bu gün Bakının dörd rayonunda qaz olmayacaq
- Makron əlini öpmək istədi - Əminə Ərdoğan geri çəkildi+Video
- Bəzi ərazilərdə işıq olmayacaq
- Ən yaxşı məktəblər açıqlandı