Rusiya müdafiə naziri Andrey Belousov Müdafiə Nazirliyində yeni təmizləmə dalğası hazırlayır. Bu dəfə qovulmalar və həbslər orta rütbəliləri gözləyir.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Hərbi dairələrdən sızan məlumatlarda bildirilir ki, hərbçilər Sergey Qritsa (Ernest) və Dmitri Lisakovskinin (Qudvin) ölümü müdafiə nazirini şoka salıb:
“Belousov açıq şəkildə bildirdi ki, belə komandirləri yaxşı heç nə gözləmir. Deməli, yaxın gələcəkdə Müdafiə Nazirliyinin funksionerləri və orta rütbəli komandirləri arasında çoxlu həbslər olacaq”.
Qeyd edək ki, rəhbərliyi tənqid edəndən sonra öldürülən Ernest və Qudvinlə bağlı araşdırmalara başlanılıb.
- Gəncləri rayona qaytarmağın yolu... - Ekspert
- Hamıdan axırda o gəldi - Video
- DÇ-də 1/4 final cütləri bəlli oldu - Nəhənglərin qarşılaşmaları başlayır
- İsveçrə 72 il sonra 1/4 finalda - Yenilənib - Video
- Bu gün Bakının dörd rayonunda qaz olmayacaq
- Makron əlini öpmək istədi - Əminə Ərdoğan geri çəkildi+Video
- Bəzi ərazilərdə işıq olmayacaq
- Ən yaxşı məktəblər açıqlandı