Rusiya ayda 42-dən 56-ya qədər ballistik və 90-115 uzaq mənzilli qanadlı raket istehsal etmək gücündədir. Onların hamısı Ukraynada terror aktları üçün, xüsusilə enerji obyektlərinə qarşı istifadə olunur.
BUTA.TV xəbər verir ki, bu barədə “Forbes”ə kəşfiyyat orqanlarındakı mənbələrdən biri məlumat verib.
Eyni zamanda, Rusiyada "Şahid-136" PUA-larının istehsal həcmi ayda 500 ədəddən çoxdur.
Nəşrin məlumatına görə, Rusiyada raket istehsalı ayda 132-171 ədəd təşkil edir. Bu isə Moskvaya 1,1 milyard dollara başa gəlir ki, rus ordusu avqustun 26-da baş verən hücum zamanı Ukraynaya təxminən eyni sayda raket atıb.
500 km-ə qədər uçuş məsafəsi və 480-700 kq döyüş başlığı olan "İsgəndər-M" raketləri ayda 30-40 ədəd istehsal olunur.
Şimali Koreyanın KN-23 ballistik raketlərinə gəlincə, Rusiya onlardan 60-a yaxınını alıb. Bu silahın atış məsafəsi 690 km-ə qədərdir, 500 kq döyüş başlığı ilə mənzili 450 km-dir.
Bundan əlavə, Rusiyanın ehtiyatında uçuş məsafəsi 1500-2000 km olan 55 "Xəncər" raketi var. Rusiya ayda 2-6 belə raket istehsal edə bilər.
- Qərb liderlik etsəydi, Çin iqlim yardımını artıracaqdı - Nazir
- 70 kq qızılla saxlanılan hərbi attaşe barədə qərar
- Qaz limitinin artırılması ilə bağlı təklif!
- Heç vaxt belə olmamışdı: iki nazirimiz gecə 4-də…
- Dünyanın ən ucaboy liderləri: Əliyev və Ərdoğanın yeri...
- Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
- Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi