Dövlət Bayraq Meydanından Azərbaycan bayrağı götürülüb.
BUTA.TV xəbər verir ki, Bayraq Meydanda uzun müddət aparılan təmir işlərindən sonra ötən ay bayrağımız ucaldılsa da, üstündən 2 gün keçdikdən sonra yenidən götürülüb.
Bunun ərazidə aparılan təmir işlərinin yenidən davam etməsi ilə əlaqədar olduğu iddia edilir.
Sözügedən məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinə sorğu göndərsək də, heç bir cavab verilmədi.
Qeyd edək ki, bundan əlavə, Gəncə şəhərinin girişindən və mərkəzindən də bayrağımız yığışdırılıb.
- Biri sevincdən, digəri kədərdən... - Fotolar
- Maşınla bir neçə dəfə həmyerlisinin üzərindən keçdi - Qobustanda dəhşətli qətl
- Hüseyn Dəryanın məzarından görüntülər yayıldı - Video
- Həmişə rekord qırırdı, indi əksi oldu - Video
- Messi “davam” dedi... - Yenilənib+Video
- DTX Akademiyasında növbəti məzun buraxılışı oldu - Video
- Özbəkistan Azərbaycanla birgə donanma yaratmağı planlaşdırır
- Daha 30 ukraynalı uşaq ölkəmizə gətirildi