Xəzər rayonu ərazisinə düşən Zirə və Pirallahı istiqamətində, orta əsrlərə aid tarixi Şəhri-Gürganda XIX əsrə aid iki batmış gəminin qalıqları tapılıb.
Bu barədə BUTA.TV-a AMEA Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib.
Qeyd olunub ki, Xəzər dənizində suyun səviyyəsinin enməsi nəticəsində qədim yaşayış yeri qalıqlarının, maddi-mədəniyyət nümunələrinin görünməsi ilə əlaqədar Mədəniyyət Nazirliyinin və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin dəstəyi ilə AMEA Arxeologiya və Antropologiya İnstitutunun "Xəzər arxeologiyası ekspedisiyası" Abşeron yarımadasının Xəzər rayonu ərazisinə düşən Zirə və Pirallahı istiqamətində orta əsrlərə aid tarixi Şəhri-Gürganda arxeoloji kəşfiyyat işləri aparıb.
Tarix üzrə fəlsəfə doktoru İdris Əliyevin, sualtı arxeoloq, dalğıc Ceyhun Əliyevin və digər elmi əməkdaşların üzvü olduğu ekspedisiyaya "Xəzər arxeologiyası" şöbəsinin müdiri Abbas Seyidov rəhbərlik edib.
“Məktəblər bağlansa, kəndlər boşalacaq” - Nazirlə ekspert yenə üz-üzə gəldi
Kəşfiyyat tədqiqatları uğurlu olub və buradan XIX əsrə aid iki batmış gəminin qalıqları, orta əsrlərə aid saxsı məmulatları aşkar olunub. Gələcəkdə bu ərazilərdə daha geniş arxeoloji tədqiqat işlərinin aparılması nəzərdə tutulur.
- Gizlətmirəm, İlham Əliyevlə bunu müzakirə etdik - Paşinyan
- “İsgəndər” qəlpələri Azərbaycan səfirliyinin binasına düşdü
- Azərbaycan üçün bunu etməyə hazırıq! - Paşinyan
- Paşinyandan “Tramp yolu” açıqlaması: 99 il...
- İlk ürək transplantasiyası belə baş tutdu - Cərrah
- İlham Əliyev “o məmurlar” deyəndə kimlərə işarə etdi?
- “Məktəblər bağlansa, kəndlər boşalacaq” - Nazirlə ekspert yenə üz-üzə gəldi
- Simonyandan Qarabağ açıqlaması: İki nəfər bərk qorxur