Ötən gecə Astara rayonunda dumana düşən “Toyota Land Cruiser Prado” markalı avtomobil təxminən 100 metr hündürlükdən dərəyə yuvarlanıb. Nəticədə 1952-ci il təvəllüdlü Şahin Xaliq oğlu Şiriyev dünyasını dəyişib, sərnişin Mətləb Vaqif oğlu Rzayev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
BUTA.TV Qaynarinfo-ya istinadən xəbər verir ki, qəza zamanı vəfat edən Şahin Şiriyev uzun illər dövlət vəzifələrində çalışıb. O, uzun illər kolxoz sədri olub.
Şahin Şiriyevin 1978-ci il təvəllüdlü övladı Zaur Şiriyev II Qarabağ müharibəsinin iştirakçısıdır, hazırda hərbi həkim vəzifəsində çalışır.
Avtomobildə xəsarət alan Mətləb Rzayev isə mərhumun kürəkəni olub.
Qeyd edək ki, mərhum Şahin Şiriyev Azərbaycan Silahlı Qüvvələrinin giziri, Aprel döyüşləri şəhidi, “Qoca qurd” ləqəbli Pəncəli Nurməhəmməd oğlu Teymurovun yaxın qohumudur.
- İlk ürək transplantasiyası belə baş tutdu - Cərrah
- İlham Əliyev “o məmurlar” deyəndə kimlərə işarə etdi?
- “Məktəblər bağlansa, kəndlər boşalacaq” - Nazirlə ekspert yenə üz-üzə gəldi
- Simonyandan Qarabağ açıqlaması: İki nəfər bərk qorxur
- Prezident: Xəzər dənizi tarixi əməkdaşlığın rəmzidir
- Ermənistandan Azərbaycana qarşı təcavüzkar müharibə...
- Qəzadan sonra ərazidə yalnız bu ölkənin helikopteri olub...
- Bütün hərbçilərin nəşi tapıldı