İsrail 15 ildir ki, Livan ərazisində peycerləri partlatmaq üçün əməliyyat planlaşdırırmış.
BUTA.TV xəbər verir ki, bu barədə ABC kanalı mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, bunun üçün İsrail peycerlərin istehsalı ilə əlaqəli olduğu iddia edilən bir neçə şirkət yaradıb. Üstəlik, bu müəssisələrin bəzi işçiləri əslində kimin üçün işlədiklərini belə bilməyib.
Mənbələr onu da bildiriblər ki, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) bu cür əməliyyatları mülki şəxslər üçün çox təhlükəli hesab edir və buna görə də öz fəaliyyətində bu cür taktikalardan imtina edir.
Qeyd edək ki, “Nyu York Tayms” nəşri də İsrailin uzun müddətdir Livanda peycerləri partlatmaq üçün mürəkkəb əməliyyat hazırladığını və içərisində partlayıcı maddələr olan rabitə vasitələrinin istehsalı üçün şirkət yaratdığını yazmışdı.
Xatırladaq ki, Livanda 17 sentyabrda peycerlərin, 18 sentyabrda isə mobil telefon, noutbukların partladılması nəticəsində ümumilikdə 32 nəfər ölüb, 4,5 mindən çox insan yaralanıb.
- Suriya üzrə danışıqlar yenə Bakıda keçiriləcək
- Ərdoğan Kamran Əliyevi qəbul etdi
- Ukrayna buna görə Azərbaycana təşəkkür etdi
- AZAL təyyarəsini vurmağı əmr edən generalla bağlı qərar - Foto
- Onların şücaəti heç zaman unudulmayacaq - Prezident
- Azərbaycan mediası bunu hər şeydən uca tutmalıdır - Əliyev
- İnformasiya məkanında qazandığımız zəfər... - Prezident
- Azərbaycan-Türkiyə hərbi memorandum imzaladı - Video