Azercell “Neftçilər Günü"nə həsr olunmuş video hazırladı

14:36 - 20 Sentyabr 2024 - GÜNDƏM

 Azercell “Neftçilər Günü

Bu gün "Əsrin müqaviləsi"nin imzalanmasından 30 il ötür. Müqavilənin imzalandığı tarix həm də Azərbaycanda neft-qaz sənayesi işçilərinin peşə bayramı – "Neftçilər Günü" kimi qeyd olunur.

BUTA.TV xıbır verir ki, bu əlamətdar gün münasibətilə Azercell Azərbaycanın müasir neft sənayesinin əsasını qoyan tarixi “Əsrin müqaviləsi”nin 30-cu ildönümünə həsr olunmuş videonu təqdim edir.

Neftçilərimizin fədakarlığını və zəhmətini əks etdirən bu video ölkənin enerji sektorunun formalaşmasında və firavan gələcəyinin təmin edilməsində “qara qızıl”ın xüsusi rolunu vurğulayır. Video həmçinin “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın inkişafı üçün açılan yeni imkanlar və dünyanın iri neft şirkətləri ilə tərəfdaşlıq münasibətlərindən bəhs edir.

Əzmkarlığı ilə seçilən neft-qaz sənayesi işçilərini peşə bayramları münasibətilə təbrik edirik! Peşəkarlığınız ilə Azərbaycanın tərəqqisinə və dünya enerji arenasında nüfuzunun artmasına verdiyiniz töhfə əvəzsizdir!

Bu xəbər hal-hazırda çox oxunur
Qəhvə və çay sevənlərə xoş xəbər

“Neftçilər Günü"nə həsr olunmuş videonu təqdim edirik:


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol