Türkiyə, Azərbaycan, Özbəkistan, Qətər və Pakistan hərbi birlikləri birgə hərəkət etməyə hazırdırlar.
BUTA.TV xəbər verir ki, bunu Qazaxıstan müdafiə naziri Ruslan Jaksılıkov ölkəsində Azərbaycan, Qazaxıstan, Türkiyə, Pakistan, Qətər və Özbəkistan xüsusi təyinatlılarının iştirakı ilə keçirilən "Sonsuz qardaşlıq - III" çoxmillətli təlimi barədə danışarkən deyib.
“Ortaq əməliyyat nəticəsində gördük ki, adı çəkilən ölkələrin hərbi birləşmələri birgə hərəkət edə bilərlər. Təlimlər bir daha bunu göstərdi”, - nazir bildirib.
O, həmçinin qeyd edib ki, xüsusilə terror təhdidinə qarşı birgə səylər daha da gücləndirilir.
Qeyd edək ki, "Sonsuz qardaşlıq - III" çoxmillətli təlimi sentyabrın 12-də başlayıb və 10 gün davam edib.
- İlham Əliyev “o məmurlar” deyəndə kimlərə işarə etdi?
- “Məktəblər bağlansa, kəndlər boşalacaq” - Nazirlə ekspert yenə üz-üzə gəldi
- Simonyandan Qarabağ açıqlaması: İki nəfər bərk qorxur
- Prezident: Xəzər dənizi tarixi əməkdaşlığın rəmzidir
- Ermənistandan Azərbaycana qarşı təcavüzkar müharibə...
- Qəzadan sonra ərazidə yalnız bu ölkənin helikopteri olub...
- Bütün hərbçilərin nəşi tapıldı
- Lavrovdan sonra Peskov da yalvardı - Putinlə nə baş verir?