Sentyabr ayının sonunda 2024 PT5 asteroidi Yerə yaxınlaşaraq 56 gün müddətində onun müvəqqəti ikinci peykinə çevriləcək.
BUTA.TV xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Məlumata görə, 2024 PT5 asteroidi 7 avqust tarixində Madriddə Komplutens Universitetinin astronomları tərəfindən kəşf edilib. Təxminən 10 metr uzunluğunda olan asteroid, 29 sentyabrdan 25 noyabradək Yerin cazibəsinə düşərək onun mini peykinə çevriləcək. Lakin hesablamalara əsasən, asteroid tam orbitə keçməyəcək və tezliklə yenidən Günəşin cazibə qüvvəsinə qayıdaraq səyahətini davam etdirəcək. Təəssüf ki, asteroid çox kiçik və tutqundur. 2024 PT5-in ulduz ölçüsü 27,6 olduğundan, nəinki adi gözlə, hətta həvəskar teleskoplarla belə onu izləmək mümkün olmayacaq.
Buna baxmayaraq, bu mini peykin mühüm elmi əhəmiyyəti var. Bu hadisə Yerə yaxınlaşan asteroidləri daha yaxşı başa düşmək, onların hərəkət trayektoriyasını təhlil etmək və Yerin cazibəsinə düşdükdə necə davrandığını araşdırmaq üçün mühüm bir nümunədir. Bu məlumatlar, gələcəkdə digər asteroidlərin Yerlə toqquşma ehtimalını qiymətləndirməkdə də əhəmiyyətli rol oynayacaq. Çünki bəzən asteroidlər Yerə çata bilir, lakin onların ölçüləri həmişə belə kiçik olmur.
- BTQ bu seçkilərin nəticələrinə görə görüş təşkil etdi
- Trampın Ankarada təhlükəsizliyi üçün bu tədbirlər görüldü - Fotolar
- Başçının müavini idi, I müavin oldu
- Oğuzda buğda yüklü TIR yandı
- AZAL Qars şəhərinə uçuşlara başlayır
- Bakıda yarım milyonluq dələduzluq - Özbək qadın həbs olundu
- Bakıda məhbus həbsxanadan qaçdı - Əməliyyat keçirilir
- Şirvan Kərimovun Rusiya vətəndaşlığı ləğv olundu