Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 79-cu sessiyasında iştirak məqsədilə ABŞ-ın Nyu York şəhərinə işgüzar səfərə yola düşüb.
Bu barədə BUTA.TV-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Baş Assambleyasının 79-cu sessiyasında, o cümlədən bir sıra digər beynəlxalq tədbirlərdə çıxış etməsi, habelə sessiyanın yüksək səviyyəli həftəsi çərçivəsində xarici dövlət rəsmiləri və beynəlxalq təşkilatların rəhbərləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.
- Tiflisə getmək istəyənlərə daha bir sevindirici xəbər
- 39 yaşlı qadın narkotikə görə saxlanıldı - Video
- Ölkəmizə görünməyən hücumlar: hər saat olur… - Çağırş
- Sığorta ödənişləri ilə bağlı dəyişiklik...
- Tramp Türkiyədədir - Ərdoğan şəxsən qarşılayır-Yenilənir
- Tiflisdən Fatimənin qətli ilə bağlı açıqlama
- 20 manatlıq bu rüsum ləğv edilir
- Generala yüksək vəzifə verildi