Aparılan təmir işləri ilə əlaqədar Xətai rayonu, 8 Noyabr prospekti və Ramiz Quliyev küçəsinin kəsişməsi, mərkəz istiqamətində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət qismən aradan qaldırılıb.
Bu barədə BUTA.TV-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Ömər Xıdırov məlumat verib.
O bildirib ki, hazırda prospektin Ramiz Quliyev küçəsi ilə kəsişməsindən 7-ci Dairəvi küçəsi ilə kəsişməyə qədər (“Bravo” marketin yaxınlığı) nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.
Qeyd olunan kəsişmədən Xəqani Rüstəmov küçəsinə kimi isə mərkəz istiqamətində məhdudiyyət qoyulduğundan prospektdə əks istiqamət üzrə ikitərəfli hərəkət təmin edilib.
- Ayda 16 manat ödəyəcək “işləyən işsizlər” kimlərdir?
- Azərbaycanla ABŞ-ın bu fəaliyyəti hələ yeni başlayır
- Samirə Əfəndi: Qazaxıstanda məni öldürüb atsaydılar... - Video
- Vardanyanın məhkəməsi: onların ifadələri dinlənildi
- 30 təşkilat azərbaycanlı məhbuslara görə bəyanat yaydı
- Azərbaycan-Gürcüstan birgə şirkəti bu tenderdən kənarlaşdırıldı
- MM-də kritik sual: ABŞ Azərbaycan qazının satılmasının qarşısını alıb?
- Qazaxıstan AZAL təyyarəsi ilə bağlı daha bir açıqlama yaydı