Ermənistan parlamentinin spikeri Alen Simonyanın Kanadaya səfəri ləğv edilib.
BUTA.TV xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Məlumata görə, erməni spiker 25-30 sentyabr tarixlərində Kanadanın Ottava şəhərinə səfər etməli idi.
Ermənistan parlamentinin mətbuat katibi Movses Arutyunyan nəşrə açıqlamasında səfərin ləğv edilmədiyini, Kanadanın qeyri-müəyyən müddətə təxirə saldığını deyib:
“Səfər Kanadadakı siyasi böhran səbəbindən təxirə salınıb. Kanadada siyasi qüvvələrdən biri koalisiyanı tərk edib və ölkədə daxili siyasi böhran yaşanır. Kanada parlamentinin İcmalar Palatasının sədri Simonyana zəng edərək, daxili siyasi vəziyyətlə əlaqədar səfərin vaxtının dəyişdirilməsini xahiş edib. Simonyan da razılığını verib”.
Nəşr qeyd edib ki, bir neçə gün öncə Daşnaksütyünun Kanadadakı Mərkəzi komitəsi Simonyanın bu ölkəyə səfəri ilə bağlı bəyanat yaymışdı. Bəyanatda Simonyanın nümayəndə heyətinə müxalifətdən olmayan, yalnız hakim Mülki Müqavilə Partiyasının üzvlərinin daxil etməsinin narahatlıq doğurduğu vurğulanmışdı. Hətta Ermənistan Milli Assambleyasının Ermənistan-Kanada parlament dostluğu fraksiyasının müxalif deputatlarının qəsdən bu nümayəndə heyətindən çıxarıldığı da qeyd olunmuşdu:
“Kanadadakı ermənilər demokratiyanın təməl prinsiplərini və elementar insan haqlarını pozan Ermənistanın indiki administrasiyasının səfərini müsbət qarşılamaq niyyətində deyillər”.
Erməni mətbuatı Simonyanın səfərinin ləğv edilməsinə məhz bu bəyanatın səbəb olduğunu iddia edir.
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi
- Ədalət Verdiyev həbs olundu
- İrandan 100 min insan Azərbaycana qaça bilər
- Bir gündə “Azimut”un ikinci “Superjet”i qəza enişi etdi
- Papikyan sərhədimizə gəldi - Foto
- Ərdoğan Azərbaycanla bağlı Putinə nə deyib?
- Bayden də təbrik etdi: bəs, COP29-dan biz nə qazandıq?
- Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu