"Nokia"dan sürpriz: Zəngləri telefonunuz cavablandıracaq!

21:39 - 5 İyul 2026 - GÜNDƏM

"Nokia" dörd yeni düyməli telefon modelini süni intellekt funksiyası ilə təqdim etməyə hazırlaşır.

BUTA.TV Musavat.com-a istinadən xəbər verir ki, sirkət eyni anda dörd yeni düyməli telefon modelini bazara çıxarmağa hazırlaşır. Cihazların əsas yeniliyi daxili süni intellekt olacaq.

Süni intellekt fənərin yandırılması, zəngli saatın qurulması və menyuda naviqasiya kimi əsas funksiyaları idarə edəcək. Bundan əlavə, istifadəçini narahat etmədən daxil olan zənglərə avtomatik cavab vermək imkanına da sahib olacaq.

Telefonlarda cəmi 0,3 meqapiksellik kamera istifadə olunsa da, videzəng funksiyası dəstəklənəcək. Beləliklə, vaxtilə möhkəmliyi ilə məşhur olan Nokia düyməli telefonları artıq buraxılmış danışığı da istifadəçi üçün qısa şəkildə izah edə biləcək.

Bu xəbər hal-hazırda çox oxunur
Fransa çətin qələbə ilə 1/4 finalda - Yenilənib

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol