Əhmədli qəsəbəsindəki 120 yaşlı məscid əsaslı təmirdən sonra istifadəyə verilib. 1904-cü ildə inşa olunmuş məsciddə təmir və bərpa işləri Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilib.
BUTA.TV xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və ailə üzvləri sentyabrın 23-də Əhmədli qəsəbə məscidində olublar.
Bildirilib ki, qəsəbə sakinlərinin müraciətinə dərhal reaksiya verən Heydər Əliyev Fondunun təşəbbüsü ilə məscidin fasadında və ətrafında təmir-bərpa işləri aparılıb. Burada kişi və qadınlar üçün nəzərdə tutulmuş ibadət yerləri, dəstəmaz otaqları, mərasim evi əsaslı təmir olunub, məscidin ətrafı abadlaşdırılıb.
Eyni zamanda, Əhmədli qəsəbəsinin əsas girişində və qəsəbənin bir sıra mərkəzi küçələrində tarixi görkəm qorunmaqla abadlaşdırma işləri görülüb, qənbər daşları düzülüb, yaşıllıq zolaqları salınıb. Təmir olunan küçələrdə yeni kanalizasiya xətləri də çəkilib. Bir sıra fərdi evin dam örtüyü, darvazaları dəyişdirilib.
Qəsəbədə yerləşən abidə kompleksi və ətrafındakı park yenidən qurulub, yaşıllıq sahələri salınıb. Görülmüş işlərdə qəsəbənin özünəməxsus memarlığı qorunub saxlanılıb.
- Növbəti köç karvanı Xocavənd şəhərinə çatdı
- Zəngilanda növbəti əmək yarmarkası: 80-dən çox vakansiya...
- Pensiyalar nə vaxt veriləcək?
- Bu kartla nəqliyyat ödənişinin 10%-i geri qaytarılacaq
- Mərdəkanda 16 yaşlı oğlan dənizdə batdı
- Müəllimlərin geyimi ilə bağlı qanun qəbul edildi
- Hava Yollarının bu proqamına müraciətlər 4 dəfə artdı
- Bağçalara elektron qəbul başladı