Müharibədən sonra bu ilin sonuna qədər xərclənməyə nəzərdə tutulan vəsait 19 milyard manatdır. Vəsaitin mütləq əksəriyyəti infrastruktur layihələrinə xərclənib. Eyni zamanda, keçmiş köçkünlərin qaytarılması üçün də işlər görülür və səkkiz mindən çox keçmiş köçkün artıq Qarabağa və Şərqi Zəngəzura yerləşib və hər ay, hər il onların sayı artacaqdır.
BUTA.TV xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında Qarabağ və Şərqi Zəngəzurdakı quruculuq işləri ilə bağlı danışarkən deyib.
“İnfrastruktur layihələri çox geniş miqyas alıb, 3 min kilometr avtomobil yolu inşa edilib. Ümumi layihələrin içində 45 tunel nəzərdə tutulur və bu tunellərin uzunluğu 70 kilometrdir, - yəni, o dağlarda tunel açmaq, yol salmaq asan məsələ deyil, - 450 körpünün inşası nəzərdə tutulur. Dəmir yolları, iki beynəlxalq hava limanı istifadəyə verilmişdir. Enerji potensialı gücləndirilir və üç il ərzində 270 meqavat gücündə su elektrik stansiyaları istismara verilmişdir və bu proses davam etdirilir. Məktəblər, xəstəxanalar, sosial obyektlər, kəndlər salınır. Yəni, bir sözlə, Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır. Bilmirəm, tarixdə buna oxşar bərpa işləri hansısa ölkədə aparılmışdır, ya yox. Ancaq bu fakt bir də onu göstərir ki, bu, bizim üçün həmişə ən vacib məsələ olub, - həm işğal dövründə məcburi köçkünlər üçün yeni qəsəbələr salınırdı və xüsusilə indiki şəraitdə”, - Prezident qeyd edib.
- “Naftalanda müalicə almağı da mənə çox görürlər? Ayıb olsun!” - Tahir Kərimli
- “Paşinyanın əsli bizim rayondandır, onu görsəm...” - Misir Mərdanov
- “Yeni nəsillər də bizi buna görə tənqid edəcəklər” - Hikmət Hacıyev
- İran Xəzərdə Rusiya ilə təlimlərə başlayır
- Bu müəllimlər “tapşırıqla” işə düzəldikləri üçün imtahandan kəsildi – Şok AÇIQLAMA
- İran kərə yağının başına Azərbaycanda gətirilən FIRILDAQ
- Süni intellekt Putinin ölüm ilini proqnozlaşdırdı
- Bakının təyyarə tələbi: Moskva “fikrini” dəyişəcəkmi?