Ötən gün evində “Qalatasaray”a məğlub olan “Fənərbaxça”da mübahisələr artmaqdadır.
BUTA.TV Türkiyə mediasına istinadən xəbər verir ki, azarkeşlər başda Ali Koç olmaqla, klub rəhbərliyindən istefa tələb edir. “Fənərbaxça” rəhbərliyi isə əksinə, derbidəki məğlubiyyətin səbəbini baş məşqçi Joze Mourinyoda görür.
Matçdan sonra mətbuat konfransından yayınması isə portuqaliyalı baş məşqçini azarkeşlərin və rəhbərliyin gözündən salıb.
Xatırladaq ki, Türkiyə Superliqasının hələ 6-cı turu olmasına baxmayaraq, “Qalatasaray” və “Fənəxbaxça” arasındakı xal fərqi artıq 5-ə yüksəlib. Futbol mütəxəssisləri Mourinyonun klubdan göndəriləcəyini proqnozlaşdırır
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur
- “Tramp Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi” - Marko Rubio