"Qarabağ" sürpriz etməyi sevən komandadır.
BUTA.TV xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında vaxtilə "Qarabağ"da oynamış braziliyalı veteran futbolçu Danilo Dias keçmiş komandasının UEFA Avropa Liqasının əsas mərhələsinin ilk turunda səfərdə İngiltərənin "Tottenhem" klubuna qarşı keçirəcəyi oyunla bağlı danışarkən deyib.
O, Londonda baş tutacaq matçın çətin keçəcəyini, amma Ağdam təmsilçisinin uğurlu nəticə qazanmaq gücündə olduğunu bildirib:
"Qurban Qurbanov peşəkar və ağıllı baş məşqçidir. O, komandasını bu cür oyunlara fərqli hazırlayır. Yadımdadır, 2014-cü ildə Çempionlar Liqasının III təsnifat mərhələsində Avstriya təmsilçisi "Zaltsburq"la Bakıdakı matçda çox əla oynamışdıq. Hətta həmin görüşdə hesabı mən açmışdım. Oyuna çox yaxşı köklənmişdik. Əminəm ki, yenə də meydanda əzmkar "Qarabağ" görəcəyik".
39 yaşlı keçmiş hücumçu müasir futbolda ad və büdcə məsələsinin elə də önəmli olmadığını söyləyib:
"Tottenhem"in bahalı futbolçuları ola bilər, lakin hər iki kollektiv meydanda on bir nəfərlə mübarizə aparacaq. İnanıram ki, Qurban Qurbanov İngiltərə təmsilçisini təəccübləndirmək üçün düzgün taktika seçəcək".
Qeyd edək ki, sentyabrın 26-da Londondakı “Tottenhem Hotspur” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
- Milli Məclis bu memorandumu ratifikasiya etdi
- Azərbaycanla bağlı şayiəni o şərəfsiz yayıb - Ermənistan MN
- Prezident qurultay iştirakçılarına müraciət ünvanladı
- Gürcüstanın Zəngəzur dəhlizinə qarşı olmasının səbəbi...
- Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verildi
- Ərdoğan Rüstəm Behrudinin şeirini oxudu - Video
- Mehdiyevdən sonra iki böyük vəzifəli şəxs həbs olunacaq
- Leyla Əliyeva Şamaxı sakinlərinin qonağı oldu - Video