Azərbaycan Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsinə ştat olaraq təsdiqlənməsi ehtimal edilən şəxsin adı bəlli olub.
BUTA.TV Bakıvaxtı.az-a istinadla xəbər verir ki, bu şəxs general-mayor Azər Heybətlidir.
Məlumata görə, o hazırda sözügedən Baş İdarənin rəisi vəzifəsini müvəqqəti icra edir.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-mayor Müşfiq Məmmədov aprel ayında vəzifəsindən azad edilib.
Xatırladaq ki, general-mayor Azər Heybətli Azərbaycan Ordusunun rəhbər heyətində təmsil olunan zabitlərdəndir. O, hərbi xidmətinin müxtəlif mərhələlərində taqım komandiri, bölük komandiri və digər komanda vəzifələrində çalışıb. Azər Heybətli Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarındandır.
Açıq mənbələrdə yer alan məlumatlara görə, o, bir müddət Azərbaycanın Böyük Britaniyadakı hərbi attaşesi kimi fəaliyyət göstərib.
- Lerikdə maşın dərəyə aşdı: bir ailənin 4 üzvü yaralandı
- Faciəvi şəkildə ölən Nəsimi tələbə imiş - Foto
- “Vosmoy bazarı”nda satışa niyə qadağa qoyulub? - Video
- İsrail hökuməti “erməni soyqırımı”nı tanımağa yekdilliklə səs verdi
- Gəncədə sürücü sükan arxasında ürəktutmadan öldü
- Berlində vəziyyət o həddə çatıb ki, bu yola əl atırlar - Video
- DİM bu şəxslər üçün ixtisas imtahanı keçirdi
- Zakir Fərəcov bu alman şəhərinin meri ilə görüşdü - Foto