Ermənistan Azərbaycanla sülhə nail olmaq üçün konstitusiyada dəyişikliklərə hazırdır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı deyib.
Paşinyan bildirib ki, Azərbaycanla sülh müqaviləsi imzalansa, onun məzmununun əsas qanuna uyğunluğunu yoxlamaq üçün saziş ölkənin Konstitusiya Məhkəməsinə göndəriləcək. Əgər Konstitusiya Məhkəməsi müqavilənin Ermənistan Konstitusiyasına zidd olduğu qənaətinə gəlsə, onda biz elə vəziyyətə düşəcəyik ki, sülhə nail olmaq naminə Konstitusiya dəyişiklikləri zəruri olacaq.
Mövzu ilə bağlı BUTA.TV-a danışan millət vəkili Elşad Musayev bildirib ki, Paşinyanın bu çıxışı sadəcə söz oyunundan ibarətdir:
“Bu, bir az fərqli formadadır. Paşinyan çıxışı zamanı hansı işlər görmək barədə danışır. Sonra deyir ki, bu məsələnin qanuniliyini yoxlamaq üçün konstitusiya ilə tutuşdurmaq lazımdır. Əgər konstitusiya ilə uyğun gəlmirsə, belə çıxır ki, konstitusiya dəyişməlidir. Paşinyanın çıxışından bu nəticəyə gəlmək olur. Ermənistan baş naziri elə göstərməyə çalışır ki, guya Azərbaycan-Ermənistan münaqişəsini həll etmək üçün ölkə konstitusiyasını dəyişməyə hazırdır. Amma Paşinyan sadəcə manipuliyasiya etməyə çalışır və bu sadəcə söz oyunudur”.
Deputatın fikrincə, Paşinyan bu kimi çıxışlarla Ermənistanın həqiqətən də sülhə hazır olduğunu göstərməyə çalışır:
“O, dünyaya mesaj verməyə çalışır ki, Ermənistan həqiqətən də sülh istəyir. Eyni zamanda o göstərməyə çalışır ki, guya əksinə, sülhə hazır olmayan Azərbaycan tərəfidir. Amma əslində bu sadəcə görüntü xatirinə deyilmiş sözlərdir. Daha dərindən təhlil edəndə görünür ki, Paşinyanın dediklərinə inanmaq olmaz. Biz işimizi ehtiyatlı tutmalıyıq”.
- Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi
- Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
- Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib
- Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!
- Vardanyan barədə sənədli film hazırlandı - Video
- Erməni lobbisi indi yeni tezis irəli sürür - Yalçın
- Azərbaycanın diaspor nümayəndələri saxlanıldı - Video