Futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turunda "Zirə" "Kəpəz"i məğlub edib.
BUTA.TV xəbər verir ki, paytaxt təmsilçisi rəqibini 3:0 hesabı ilə üstələyib.
"Zirə" bu nəticədən sonra 15-ci xalını qazanıb və ikinci sıradakı "Qarabağ"a çatıb. Bütün görüşlərdə uduzan "Kəpəz" sonuncu - 10-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, günün digər qarşılaşmasında "Neftçi" "Sumqayıt"ı qəbul edəcək. ötən gün "Araz-Naxçıvan" "Səbail"i məğlub edib - 3:2. Turun digər matçları sentyabrın 29-da baş tutacaq.
- Ağdamdakı tarixi məsciddən - Video
- İlham Əliyev İraq prezidentinə başsağlığı verdi
- Bakıda saxlanılan Rusiya vətəndaşlarını yaxınları ziyarət etdi
- Leyla Əliyeva “Məlhəm Hospital”ında - Foto
- Əli Əsədov Ukraynanın yeni baş nazirinə məktub göndərdi
- “O yerdə ki, qadın idarəçiliyi var, orda din-bərəkət yoxdur” deyildi və cərimələndi
- İcra Hakimiyyəti 425 min 685 manatlıq it yemi alır
- "Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu