Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan iyulun 10-da Əbu-Dabidə (BƏƏ) keçirilən görüşdə Zəngəzur dəhlizinin açılması barədə razılığa gəlib.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, bu iddia ilə "Respublika Meydanı" Teleqram kanalı (Ermənistan) çıxış edib.
Kanal bildirib ki, görüşdən sonra kommunikasiyaların açılması ilə bağlı müsbət mesajlar səsləndirən İrəvan Zəngəzur dəhlizini Azərbaycan və Türkiyəyə təhvil verməyə hazırlaşır.
"Əliyev və Paşinyan Əbu-Dabidə mühüm qərara gəlib. Bu qərara əsasən, Ermənistan hakimiyyəti Zəngəzur dəhlizini təhvil verir", - məlumatda deyilir.
Mənbə razılaşmanın Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması çərçivəsində əldə edildiyini vurğulayır.
Teleqram kanalı dəhlizə nəzarətlə bağlı Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryanın sözlərinə də diqqət çəkir. Erməni diplomat kommunikasiyanın (Zəngəzur dəhlizi) beynəlxalq şirkətin nəzarəti altında fəaliyyət göstərə biləcəyini istisna etməyib.
Mənbənin iddiasına görə, söhbət nəzarətin ABŞ şirkətinə verilməsindən gedir:
"Paşinyan və komandası Zəngəzur dəhlizinə nəzarəti ABŞ-a verməyə hazırdır. Yəni Rusiyanın Ermənistandan qovulmasının əsası qoyulur”.
Məqalədə təkcə Rusiyanın yox, İranın da Zəngəzur dəhlizindən kənarda qalacağı bildirilir.
- Mehdiyevin 50 nəfərlik siyahısında kimlər olacaqdı? - Millət vəkili
- İmamoğlunun casusluq işində İsa Qəmbərin adı çıxdı
- Zəngəzur dəhlizi ilə bağlı sürpriz gəlişmə...
- Bakı ilə davamlı sülhün olması üçün... - Xandanyan
- Azərbaycanda iş adamına 200 min dollar dələduzluq edildi
- Adnan Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı
- Tramp Azərbaycandan danışdı: Buna son qoydum...
- Qəzza zolağı və Bakı-İrəvan münaqişəsi... - Lukaşenko