2025-ci ilin I yarısında "AccessBank"ın xalis mənfəəti azalıb.
BUTA.TV xəbər verir ki, bankın mənfəəti ötən ilin birinci yarısında 27 milyon 197 min manat təşkil edirdisə, bu ilin eyni dövründə 20 milyon 940 min manata qədər azalıb - 23.01%.
Mənfəət vergisindən əvvəlki mənfəət 26 milyon 108 min manat olub. Halbuki, ötən ilin birinci yarısında bu rəqəm 29 milyon 773 min manat idi.
Bu ilin iyul ayının 1-nə bankın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri 259 milyon 99 min manat təşkil edib. 2024-cü ilin sonunda bu rəqəm 197 milyon 501 min manat idi.
Qeyd edək ki, ötən ilin sonuna bankın xaricdən borclanması kifayət qədər artıb. Bu səbəbdən də, cari ilin birinci yarısında "AccessBank"ın cəlb etdiyi kreditlərə görə ödədiyi faizlər artaraq 11 milyon 35 min manata çatıb. 2024-cü ilin eyni hesabat dövründə bu rəqəm 6 milyon manatdan bir qədər çox idi.
Bankın səhmdar kapitalı dəyişməz qalıb. Belə ki, ötən il "AccessBank" əvvəlki dövrün zərəri ilə əvəzləşdirilmək üçün səhmdar kapitalını 121 milyon 750 min manata qədər azaltmışdı. Görünən odur ki, bank hələ də səhmdar kapitalını yüksəldə bilməyib. Xatırladaq ki, 2023-cü ilin sonuna bankın səhmdar kapitalı 258 milyon 718 min manat təşkil edirdi.
- Sobçak Rövşən Məmmədovu hədəfə aldı - Video
- Makrondan erməni dilində paylaşım: Azərbaycanla sülh...
- AB-dən ABŞ-ın rüsum qərarı ilə bağlı sərt gedişat
- Ermənilərin işgəncə vermələrini əks etdirən kadrlar göstərildi
- "AccessBank"ın xalis mənfəəti 7 milyon manat azaldı
- Xəzər dənizi barədə son açıqlama: Quruyacaqmı?
- "Aqro Point"in nizamnamə kapitalı yenə azaldı
- Ələsgər Ələsgərov nazir müavini təyin olundu