Ermənistanın baş naziri Nikol Paşinyan ölkdədə səfərdə olan İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif ilə görüşb.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, Arif İranın Ermənistanla çoxqütblu əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu deyib.
Paşinyan, öz növbəsində, Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının gedişi barədə danışıb, həmçinin regional kommunikasiyaların açılmasına yönəlmiş “Sülhün kəsişməsi” layihəsi haqqında məlumat verib.
“İranla əlaqələrin inkişafı Ermənistan hökumətinin prioritetlərindən biridir. Ermənistan suverenlik, universal yurisdiksiya, bərabərlik və qarşılıqlılıq prinsipləri əsasında maraqlı ölkələrlə ticari-iqtisadi əlaqələrin inkişafına yardım etməyə hazırdır”, - o deyib.
Qeyd olunur ki, görüşdə həmçinin ikitərəfli ticari-iqtisadi əlaqələr, enerji, infrastruktur, yol tikintisi və turizm sahələrində əməkdaşlıq məsələləri də müzakirə edilib.
- Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi
- Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
- Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib
- Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!
- Vardanyan barədə sənədli film hazırlandı - Video
- Erməni lobbisi indi yeni tezis irəli sürür - Yalçın
- Azərbaycanın diaspor nümayəndələri saxlanıldı - Video