Futbol üzrə Misli Premyer Liqasında X turun daha bir oyunu keçirilib.
BUTA.TV xəbər verir ki, "Şamaxı" öz meydanında "Araz-Naxçıvan"ı qəbul edib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu 73-cü dəqiqədə Felipe Santos vurub.
Bu nəticədən sonra “Şamaxı” 12 xalla 6-cı pillədə qalıb. “Araz-Naxçıvan” isə qələbə sayəsində 20 xalla 2-ci sıraya yüksəlib.
Günün ikinci matçında "Neftçi" doğma meydanda "Səbail"lə üz-üzə gələcək. Qarşılaşma saat 18:00-da başlayacaq.
Turun açılış oyununda "Qarabağ" səfərdə "Kəpəz"i 5:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, turun digər görüşləri oktyabrın 20-də oynanılacaq.
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur
- “Tramp Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi” - Marko Rubio