Almaniyanın “Nürnberq” klubunda çıxış edən Azərbaycan yığmasının forvardı Mahir Emreli klubun televiziyasına müsahibə verib.
“BUTA.TV”nun məlumatına görə, o, müsahibəsində bir çox maraqlı məqamlara toxunub.
Emreli ona ünvanlanan “qarşılaşdığınız ən məşhur futbolçu kimdir?” sualına belə cavab verib: “Eden Azar, Antuan Qrizmann, Rafael Leao və başqa bir neçə futbolçu. 2017-ci ildə Çempionlar Liqasının qrup mərhələsində “Çelsi”yə qarşı oynayırdıq. Onların da ən yaxşı vaxtları idi. Heyətdə Alvaro Morata, Pedro Rodrigez və başqa bir neçə ulduz var idi. Həmin matçda 0:6 hesabı ilə uduzduq. Lakin ilk hissədən sonra özümüzü çox pis hiss edirdik. Həmin vaxt düşündüm ki, Çempionlar Liqasına xoş gəlmişik”.
“Millidə, yoxsa klubda qol vurmaq yaxşıdır?” sualını isə forvard bu cür cavablandırıb: “Milli komandada qol vurmaq heyrətamizdir, amma qalib gəlmək daha vacibdir. Yığmada xoşuma gələn əsas şey matçı qazanmaqdır. Çünki bizim o qədər də çox vaxtımız yoxdur. Bir mövsümdə oyunumuz da azdır. Bu səbəbdən diqqətinizi yalnız qarşılaşmaya yönləndirirsiniz və qalib gəlməyin lazım olduğunu bilirsiniz. Kimin qol vuracağı isə vacib deyil. Ancaq oynadığın klubda hər şey fərqlidir. Sən hücumda çıxış edirsənsə, daha çox təzyiqdə olursan və fərqlənməyə ehtiyacının olduğunu düşünürsən. Burada fərqlənsən, eynisini milli komandada da göstərə bilərsən”.
Mahir, həmçinin “Çelsi”yə qarşı oyunda həmin vaxt London klubunda çıxış edən Raca Nainqolanla aralarında yaranan mübahisədən söz açıb: “Onunla mübahisəmiz oldu. Həmin vaxt məşqçimiz (Qurban Qurbanovu nəzərdə tutur - red.) mənə dedi ki, onunla sakit danış. Nainqolanın qiyməti 60 milyon avrodur, o, bizim komandamızdan bahadır. Çünki oynadığım komandanın (“Qarabağ”ı nəzərdə tutur -red.) qiyməti 20 milyon idi”.
- Rusiyadan qaz idxal etməmişik. Nöqtə! - Hacıyev
- Fransadan Netanyahunun həbs qərarına – Şok cavab
- Ukrayna zərbələr endirir: Putin nüvəyə əl atmasa…
- Valentina Matviyenko Azərbaycana gələcək
- Berbok Bakıda: Təfərrüatı barədə heç nə deyə bilməyəcəm!
- Azərbaycan XİN Pakistana başsağlığı verdi
- Fidandan Qafqaz açıqlaması: Sülh yaxındır!
- Boşananlara bəd xəbər: aliment artırılır