Xətai rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası davam edir.
BUTA.TV xəbər verir ki, aksiyada rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların əmək kollektivlərinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak edirlər.
Aksiya çərçivəsində rayon ərazisində yerləşən magistral yolların kənarında müxtəlif növ ağac və gül kolları əkilir.
Qeyd edək ki, “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində payız mövsümündə rayon ərazisində yaşıllıqların artırılması, 30 000 ədəd ağac və kol bitkilərinin əkilməsi, həmçinin, yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.
- Xoşbəxt olmaq üçün nələr lazımdır?
- Bu gün Bakının bu ərazilərində işıq olmayacaq
- Sürücülərin diqqətinə: Yeni avtomobil körpüləri inşa olunacaq
- Oğlundan Rauf Arifoğluna təsirli yubiley hədiyyəsi - Foto
- 1 saat Zelenski, saat yarım Netanyahu...
- Mərdəkanda iki nəfər dənizdə batdı, biri xilas edildi
- 1 qəpiyə satılan yumurta indi 38 qəpik oldu?
- “Sabah” növbəti mərhələdə - Video-Yenilənib