Mərakeş yığmasının sabiq futbolçusu Əbdüləziz Barrada vəfat edib.
BUTA.TV xəbər verir ki, bu barədə onun keçmiş klubu PSJ-nin mətbuat xidməti məlumat yayıb.
35 yaşlı Barradanın ölüm səbəbi ürəktutması olub.
Qeyd edək ki, Ə.Barrada 2013-cü ildə Afrika Millətlər Kuboku və 2012-ci il London Yay Olimpiya Oyunlarında Mərakeş yığmasının formasını geyinib. PSJ ilə yanaşı, Fransada "Marsel", Türkiyədə "Antalyaspor" klublarında çıxış etmiş mərakeşli futbolçu karyerasını 2021-ci ildə başa vurmuşdu.
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur
- “Tramp Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi” - Marko Rubio