Noyabrın 8-də Azərbaycanın Zəfər Günü münasibətilə Türkiyənin paytaxtı Ankarada genişmiqyaslı tədbir planlaşdırılır.
BUTA.TV Report-a istinadən xəbər verir ki, “Salam Türkün Bayrağına” adlı tədbir Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Azərbaycanın Ankaradakı səfirliyi və Əhməd Cavad İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək.
Əsas tədbir “ATO Congresium” zalında Prezident Simfonik Orkestrinin, Dövlət Opera Teatrının və TRT polifonik xorunun 120 musiqiçisinin iştirakı ilə möhtəşəm konsert olacaq. Orkestrə Mustafa Mehmandarov, xora isə Elnarə Kərimova dirijorluq edəcək.
Solist qismində isə türk dünyasının aparıcı sənətçiləri - Azər Zeynalov (Azərbaycan), Ulpan Aubakirova (Qazaxıstan), Karimberdi Turapov (Qırğızıstan), Umid İsrailov (Özbəkistan), Görkem Ezgi Yıldırım (Türkiyə) və Begenç Moşiyev (Türkmənistan) çıxış edəcəklər. Proqramda həmçinin görkəmli Azərbaycan şairi Əhməd Cavadın şeirləri əsasında hazırlanmış əsərlər də nümayiş olunacaq.
Konsertlə yanaşı, qonaqlara Azərbaycan ordusunun Qarabağda qələbəsi və müharibədən sonrakı dövrdə bölgənin bərpasına həsr olunmuş fotosərgi də təqdim olunacaq. Qarabağın, xüsusilə Şuşanın görkəmli mədəniyyət xadimlərindən bəhs edən sərgi də nümayiş etdiriləcək. Tədbirə giriş pulsuzdur.
Əhməd Cavad İnstitutunun rəhbəri, professor Ruhi Ersoy qeyd edib ki, bu tədbir Türkiyə ilə Azərbaycan arasında qırılmaz qardaşlıq əlaqələrini göstərir. “Qarabağdakı qələbə təkcə Azərbaycanın deyil, bütün türk dünyasının təntənəsidir və əsl türk torpaqlarının geri qaytarılması deməkdir”, - Ersoy deyib.
- Tərtər-Ağdərə yolunun inşasına başlanıldı - Video
- "Xətai" stansiyasının qarşısında işıqfor aşdı - Video
- Şəkidə əməliyyat: maskalı şəxslər saxlanıldı
- Dini Liderlər Bakıda toplandı - Qlobal sammit
- MİDA Sumqayıt və Lənkəranda güzəştli mənzilləri satışa çıxarır
- Üzgərmə əməliyyatı etdirən qadın həkimdən şikayətçidir
- Azərbaycanda bir bağça 4-cü dəfə yandı - Video
- Müəllimlərə təhsil kartları verilir - Güzəştlər olacaq