Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə toy karvanında avtoxuliqanlıq edən və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılıb.
BUTA.TV xəbər verir ki, Rəhman Şıxəliyev idarə etdiyi BMV markalı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozub və ictimai asayişin pozulmasına yönələn hərəkətlərə yol verib.
Sonradan isə həmin görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə R.Şıxəliyev sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs olunub.
- Bu rayonlara yağış yağdı, ildırım çaxdı - Faktiki hava
- II və III qruplar üzrə qəbul imtahanı keçirilir
- Naxçıvan reysində gecikmələr var - AZAL
- Azərbaycanda zəlzələ oldu
- AZAL bu günə olan bəzi uçuşları təxirə sala bilər - Xəbərdarlıq
- Fransa çətin qələbə ilə 1/4 finalda - Yenilənib
- Mbappe ilə Kasares arasında gərginlik - Video
- Diqqət: Daşınmaz əmlak bahalaşır...