Bakıda aeroport yolunda çəkiyə nəzarət məqsədilə gələcəkdə elektron tərəzilərin quraşdırılması ilə bağlı məsələyə aydınlıq gətirilib.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Yük daşımaları departamentinin direktoru Sübhan Əbilov Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində yerləşən elektron tərəzilərin monitorinq mərkəzinə təşkil olunan mediatur zamanı məlumat verib.
Onun sözlərinə görə hazırda bu istiqamətdə elektron tərəzi məntəqələrinin quraşdırılması nəzərdə tutulmayıb:
"Lakin bir məqamı xüsusi qeyd edim ki, gələcəkdə şəhər içlərində də elektron tərəzi məntəqələrinin quraşdırılması planlaşdırılır. Ümumilikdə, 9 yer üzrə 13 tərəzi məntəqəsinin quraşdırılması nəzərdə tutulur".
- Fransa çətin qələbə ilə 1/4 finalda - Yenilənib
- Mbappe ilə Kasares arasında gərginlik - Video
- Diqqət: Daşınmaz əmlak bahalaşır...
- Səbinə Salmanovaya ağır itki
- Mərakeş darmadağınla 1/4 finala çıxdı - Yenilənib
- Arzum ilk dəfə danışdı: Hələ də şokdayam...
- Qəza vaxtı Amalın qanında nə narkotik, nə də spirt olub - Ekspert rəyi
- Övladları ilə birgə batan polis şəhid övladı imiş - Foto