Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Yaşar Adil oğlu Ömərov Azərbaycan Texnologiya Universitetinin rektoru təyin edilib.
BUTA.TV xəbər verir ki, Y.Ömərov 1 dekabr 1977-ci ildə Bakı şəhərində anadan olub.
O Yasamal rayonu 52 nömrəli tam orta məktəbi bitirdikdən sonra 1995-ci ildə Bakı Dövlət Universitetinin (BDU) bakalavriat səviyyəsinin “Biokimya” ixtisasına qəbul olmuş və 1999-cu ildə həmin ixtisas üzrə bitirib.
Y.Ömərov 1999-2001-ci illərdə təhsilini BDU-nun magistraturasında eyni ixtisas üzrə davam etdirib. 2001-ci ildə BDU-nun aspiranturasına qəbul olmuş, 2007-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək biologiya üzrə elmlər namizədi elmi dərəcəsini alıb.
Əmək fəaliyyətinə 1999-cu ildə BDU-nun Biologiya fakültəsinin Biokimya və biotexnologiya kafedrasında laborant vəzifəsində başlayıb.
2001-2014-cü illərdə həmin fakültədə baş laborant, laboratoriya müdiri, müəllim, dosent və dekan müavini vəzifələrində çalışıb.
Y.Ömərov 2014-cü ildən başlayaraq əmək fəaliyyətini Azərbaycan Respublikasının Təhsil Nazirliyində davam etdirmiş və Nazirliyin Elm, ali və orta ixtisas təhsili şöbəsində aparıcı və baş məsləhətçi vəzifələrində çalışıb, 2019-cu ildən hal- hazıradək Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsində Ali, orta ixtisas və əlavə təhsil sektorunun müdiri vəzifəsində çalışır.
2021-ci ilin iyulundan başlayaraq Y.A.Ömərov Azərbaycan Texnologiya Universitetində elm və innovasiya məsələləri üzrə prorektor və sonradan tədris işləri üzrə prorektor səlahiyyətlərini icra edib.
Təhsil nazirinin 25.07.2022-ci il tarixli əmri ilə Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsi Yaşar Ömərova həvalə edilib.
- Bu məsələdə nə Sərkisyanın, nə də Paşinyanın mövqeyi... - Marukyan
- Azərbaycan XİN-dən Atatürkün vəfatının ildönümü ilə bağlı paylaşım
- Nikol müşavirə keçirdi: Ordunun modernləşməsi...
- Tokayevin qərarı Türkiyəni narazı sala bilər?
- “Vətən Müharibəsi Qəhrəmanı” yüksək addır, yoxsa “Milli Qəhrəman”?
- Balasanyan ortaya çıxdı, Bakı ilə bağlı ilk bu sözləri dedi - İnanılmaz
- Azərbaycan UNESKO komitəsinə üzv seçildi
- Rəsul Quliyev Bakıya gəlir - Özü açıqladı