İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Kartdan-karta" ("Card to card") pul köçürülməsi əməliyyatları ilə bağlı vətəndaşlara müraciət edib.
BUTA.TV müraciətin mətnini təqdim edir:
“Pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminallar vasitəsilə deyil, “kartdan-karta” köçürmə yolu ilə aparılması həm qanunvericiliyin, həm də istehlakçıların hüquqlarının pozulması deməkdir.
Çünki belə hallarda istehlakçılara POS-terminaldan çıxarış və nəzarət-kassa aparatı çeki təqdim olunmur ki, bu da alıcının öz hüquqlarını tələb etmək, həmçinin, xərclənən məbləğin bir hissəsini “cashback” olaraq geri almaq imkanını məhdudlaşdırır. Eyni zamanda, mal, iş və ya xidmət əlavə dəyər vergisi ödəyicilərindən alınarkən istehlakçıların “ƏDV geri al” mexanizmindən istifadə hüququndan məhrum olmasına gətirib çıxarır.
Dövlət Vergi Xidməti bu qanun pozuntusunun vergidənyayınma məqsədi daşıdığını nəzərə çatdırmaqla, vətəndaşları pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişləri “kartdan-karta” köçürmə əməliyyatları ilə deyil, yalnız POS-terminal tələb etməklə həyata keçirməyə, sahibkarlara isə Vergi Məcəlləsində nəzərdə tutulan maliyyə sanksiyalarına məruz qalmamaq üçün POS-terminal vasitəsilə qəbul etməyə çağırır”.
- Rusiya Zəngəzur dəhlizinin bahalığından “narahat” oldu
- Türkiyə ilə Ermənistan arasında yeganə hüquqi sənəd...
- Ukrayna müharibəsi təhlükəsizliyə ciddi zərər verir - Rəfiyev
- TRT-dən tarixi Azərbaycan şəhəri ilə bağlı böyük səhv addım
- İlham Əliyev Ərdoğana zəng etdi
- Nazirlərin adından yayılan xəbərlərlə bağlı rəsmi açıqlama
- Fransada müəmmalı ölümlər: Makronun arvadının sirli işləri
- Şaranın Azərbaycan səfəri: Vacib olan məqamlar hansılardır?